İran tezliklə yeni Ali Liderin adını açıqlayacaq

iran-tezlikle-yeni-ali-liderin-adini-aciqlayacaq
Oxunma sayı: 779

İranın Ekspertlər Şurası yeni Ali Liderin müəyyən edilməsi istiqamətində hazırlıq prosesini sürətləndirərək yaxın saatlar və ya günlər ərzində qərarını elan etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Nəşr yazır ki, 107 üzvdən ibarət şuranın iclasları fasiləsiz davam edir. Bu proses fevralın 28-dən etibarən ABŞ və İsrailin birgə hərbi əməliyyatları nəticəsində Ali Lider Əli Xameneinin öldürülməsindən sonra zərurətə çevrilib. Rəsmi məlumatlara görə, Xameneinin oğlu Müctəba Xamenei sağ olsa da, lakin yeni liderin kim olacağı ilə bağlı yekun qərar hələlik ictimaiyyətə açıqlanmır.

Xatırladaq ki, fevralın 28-də ABŞ-nin İsraillə birgə başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar Tehran da daxil olmaqla, ölkənin bir çox strateji şəhərlərini hədəf alıb.