İran və Taliban arasında qarşıdurma - Ölənlər var+Video

iran-ve-taliban-arasinda-qarsidurma
Oxunma sayı: 3528

Taliban döyüşçüləri canlı qüvvə və zirehli texnika ilə İranın sərhəd məntəqəsinə hücum edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Taliban döyüşçüləri “Korrupsiyaya uğramış İran İslam Respublikası ilə Amerikaya qarşı müharibədən daha çox həvəslə” mübarizə aparacaqlarını bildiriblər.

“Ağsaqqallar cihada icazə versələr, biz tezliklə İranı fəth edəcəyik”, - deyə liderlərdən biri deyib.

Əfqanıstan Milli Müdafiə Nazirliyi açıq atəşə görə İran qüvvələrini günahlandırıb:

"Təəssüf ki, bu gün yenidən İran qoşunları Əfqanıstanın Nimroz əyalətinin Kanq bölgəsinin sərhəd bölgələrində atəşə və döyüşlərə başlayıb. İslam Əmirliyi dialoqu istənilən problemin həlli üçün ağlabatan yol hesab edir, müharibə səbəbləri axtarmaq lazım deyil”.

Öz növbəsində İran tərəfi münaqişədə Əfqanıstanı günahlandırır.

İran ordusunun məlumatına görə, Taliban qüvvələri “beynəlxalq hüquq və mehriban qonşuluq prinsiplərini” pozaraq hücuma başlayıb və İslam Respublikasının “sərhədçilərinin qəti və cəsarətli müqaviməti” ilə qarşılaşıb:

“Biz Əfqanıstanın hazırkı hökmdarlarını tanımırıq və Əfqanıstanda inklüziv hökumətin yaradılmasının zəruriliyində israr edirik”, - deyə İran Xarici İşlər Nazirliyi bildirib.

İran tərəfinin məlumatına görə, atışma zamanı bu ölkənin 2 sərhədçisi həlak olub.