İran yük maşınlarına Qarabağa və Laçına girməyi qadağan etdi

iran-yuk-masinlarina-qarabaga-ve-lacina-girmeyi-qadagan-etdi
Oxunma sayı: 6389

“Azərbaycan Respublikası ərazisinə rəsmi sərhədlər xaricində hər hansı bir giriş bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir”.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İran Yollar və Yol İdarəçiliyi Təşkilatının baş direktoru Məhəmməd Cavad Hedayatinin Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə əsasən, beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına yazdığı məktubunda deyilir.

Yol idarəsi rəsmi məlumatında, Ermənistan ərazisindən Azərbaycan Respublikasının ərazisi olan Qarabağa və Laçın rayonunun (Şərqi Zəngəzur) ərazisinə girməsinin, habelə bölgə ilə hər hansı bir ticarət müqaviləsinin imzalanmasının qadağan edilməsindən xəbər verir.