İrana qoşunların yeridilməsini istisna etmədi

irana-qosunlarin-yeridilmesini-istisna-etmedi
Oxunma sayı: 1794

ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi əməliyyatlar çərçivəsində quru qoşunlarının cəlb edilməsi ehtimalını açıq saxlayıb.

“Qafqazinfo” “The New York Post”a istinadən xəbər verir ki, Tramp bu barədə müsahibəsində deyib.

Prezident açıqlamasında “Epic Fury” (“Epik Qəzəb”) əməliyyatının qrafikdən irəlidə getdiyini və Tehranın onlarla yüksək rütbəli məmurunun artıq məhv edildiyini bəyan edib.

ABŞ rəhbəri quru qoşunlarının tətbiqi ilə bağlı sualı cavablandırarkən ənənəvi siyasi ritorikadan kənara çıxıb:

“Hər Prezident “yerdə qoşun olmayacaq” deyir. Mən belə demirəm”.

Xatırladaq ki, Tramp daha əvvəl müharibənin dörd həftə davam edəcəyini proqnozlaşdırsa da, son müsahibəsində hərbi əməliyyatların müddətinin daha da qısalacağını istisna etməyib.