İranda 5,1 ballıq zəlzələ - Naxçıvanda hiss edildi - Yenilənib

iranda-51-balliq-zelzele-naxcivanda-hiss-edildi
Oxunma sayı: 2558

İranın şimal-qərbində 5,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Yeraltı təkanların episentri Xoy şəhərindən 27 kilometr cənub-şərqdə yerləşib. 

Dağıntı və tələfatla bağlı məlumat hələ ki məlumat daxil olmayıb.

Həmçinin oxuyun: Kapital Bank организовал для местных банков семинар “Цифровой банкинг”

***

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində  zəlzələ qeydə alınıb.

Maqnitudası 5,5, dərinliyi isə 10 km olan təkanlar Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.