“İranda nüvə silahı aşkar edilməyib”

iranda-nuve-silahi-askar-edilmeyib
Oxunma sayı: 2180

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda nüvə silahının hazırlanmasına dair heç bir dəlil aşkar etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi “X” sosial media hesabında bildirib.

“İranın nüvə proqramı ilə bağlı hesabatlarımda çox aydın və ardıcıl mövqe ifadə etmişəm. İranın nüvə silahı hazırladığına dair heç bir sübut olmasa da, ölkənin silah səviyyəsinə yaxın zənginləşdirilmiş uranın böyük ehtiyatına sahib olması və müfəttişlərimə tam giriş icazəsi verməkdən imtina etməsi ciddi narahatlıq doğurur” - Qrossi qeyd edib.