İranın Ər-Riyaddakı səfirliyi 7 il sonra işini bərpa etdi

iranin-er-riyaddaki-sefirliyi-7-il-sonra-isini-berpa-etdi
Oxunma sayı: 1003

İran Səudiyyə Ərəbistanındakı səfirliyinin fəaliyyətini bərpa edib. 

“Qafqazinfo” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN yayıb.

Məlumata görə, İran hələ Səudiyyə Ərəbistanına səfir təyin etmədiyindən Tehran Ər-Riyadda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin də mayın 9-na qədər öz işini bərpa edəcəyi gözlənilir. 

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib. Buna səbəb isə, tanınmış şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən sonra keçirilən etiraz aksiyası zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum etməsi olub.

2023-cü ilin martın 10-u isə Pekində baş tutan danışıqların yekununda İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı iki ölkə nümayəndələri arasında razılaşma imzalandığı məlum olub. Tərəflər 2 ay ərzində səfirlik və nümayəndəliyin açılması ilə bağlı razılığa gəlib.

Həmçinin oxuyun: Не откладывайте бизнес-планы с кредитной картой Yelo Bank