Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb. Ondan tərkibinə ümumilikdə 14 kiloqram 815 qram psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb.
E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan “İbo” adı ilə tanıdığı İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər