İraqda qaz yatağına PUA hücumu - Ölənlər var

iraqda-qaz-yatagina-pua-hucumu
Oxunma sayı: 1144

İraq Kürdüstanının Xor Mor qaz yatağına PUA hücumu olunub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “DW” məlumat yayıb.

Xəbərə görə, hadisə nəticəsində 4 nəfər həlak olub.

Qeyd olunub ki, ölənlərin hamısı əcnəbi işçilərdir.

Kürdüstan regional hökümətinin sözçüsü Peşava Havramani isə bildirib ki, 4 yəmənli fəhlə həlak olub və sahəyə ciddi ziyan dəyib.