“İrəvan ABŞ-də Bakı ilə əldə olunan razılaşmalara sadiqdir”

irevan-abs-de-baki-ile-elde-olunan-razilasmalara-sadiqdir
Oxunma sayı: 1853

“Ermənistan ABŞ-də Azərbaycanla əldə olunan razılaşmalara sadiqdir və onları tez bir zamanda həyata keçirməyə qərarlıdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ŞƏT-in Tiencin sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, sazişlər nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq səviyyədə əlaqələr açılacaq, həm də bütün ŞƏT-ə üzv dövlətlər üçün yeni logistik imkanlar yaradılacaq.