“İrəvan eyni anda iki fərqli blokda təmsil oluna bilməz”

irevan-eyni-anda-iki-ferqli-blokda-temsil-oluna-bilmez
Oxunma sayı: 1210

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə İrəvanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma cəhdlərinə münasibət bildirib.

“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, Rusiya lideri Ermənistanın Aİ ilə inkişaf edən münasibətlərinə rəsmi Moskvanın “sakit” yanaşdığını qeyd edib.

Putin vurğulayıb ki, hər bir ölkə tərəfdaşlıqdan maksimum fayda əldə etmək hüququna malikdir. Bununla belə, Rusiya lideri Ermənistan rəhbərliyinə iqtisadi xəbərdarlıq etməyi də unutmayıb.

O bildirib ki, İrəvan eyni anda iki fərqli iqtisadi blokda təmsil oluna bilməz:

“Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi (AİB) ilə eyni vaxtda gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, siyasi deyil, sırf iqtisadi məsələdir. Seçim dürüst və açıq şəkildə bəyan edilməlidir”.

Xatırladaq ki, son dövrlər Ermənistanın qərb meylli siyasəti və AİB-dəki fəaliyyəti fonunda Moskva və İrəvan arasında iqtisadi inteqrasiya məsələləri əsas müzakirə mövzularından birinə çevrilib.