İrəvanda etirazlar bu gün də davam edəcək

irevanda-etirazlar-bu-gun-de-davam-edecek
Oxunma sayı: 2729

İrəvanda etiraz yürüşü hələlik başa çatsa da, sabah səhərdən etibarən davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu polis tərəfindən saxlanılmamışdan öncə “Ana Ermənistan” alyansının və Milli Komitənin üzvü Andranik Tevanyan deyib.

O bildirib ki, səhər saatlarından etirazçılar İrəvanın mərkəzində bir neçə küçəni bağlayacaqlar. 

Qeyd edək ki, nümayişlərdə saxlanılanlar sırasında A. Tevanyanla yanaşı, ölkənin ikinci Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.