İş adamının fırıldaqlarının qarşısı alındı

is-adaminin-firildaqlarinin-qarsisi-alindi-
Oxunma sayı: 640

Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, "Meyniman-1" MMC-nin təsisçisi və direktoru, Şirvan şəhər sakini Həmidxan Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin möhür və rekvizitlərini saxtalaşdırmaqla, Respublika Meliorasiya və Su Təsərrüfatı ASC-nin Göyçay rayonu Qaraməryəm kəndinin ərazisindəki 10 kilometr uzunluğunda dəmir borunun 96000 manata satılması barədə 15 fevral 2012-ci il tarixli müqavilə ilə dövlət əmlakına qeyri-qanuni olaraq sahiblik hüququnu əldə edib.

H.Mürvətovun boruları kəsib satmaq üçün həmin əraziyə gətirdiyi metal kəsmək üçün nəzərdə tutulmuş 60 ədəd oksigen balonu və 1 ədəd "ÇTZ" markalı boru düzən traktor maddi sübut kimi götürülərək Göyçay rayon Suvarma Sistemləri İdarəsinə təhvil verilib.