Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində iki erməni əsgəri öldürülüb, daha bir hərbçisi isə yaralanıb.
“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, itkilər barədə Qondarma Dağlıq Qarabağ rejimi məlumat yayıb.
Artıq həmin hərbçilərin adı da açıqlanıb. Ölənlər Karen Qriqoryan və Vardan Mkrtçyan, yaralanan hərbçi isə Volodya Arutyunyandır.
Erməni mətbuatının yazdığına görə, hərbçilərin öldürüldüyü əməliyyatlar yanvarın 3-ə keçən gecə, saat 03:15 radələrində keçirilib.
Son xəbərlər
Son Xəbərlər