“İşğaldan azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb”

isgaldan-azad-edilmis-erazilerde-2-yeni-vergi-idaresi-yaradilib
Oxunma sayı: 2244

“Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 yeni vergi idarəsi yaradılıb və struktura daxil edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2,7 mindən çox vəzifəli şəxs fəaliyyət göstərir: “Vergi xidməti ölkənin bütün ərazilərində fəaliyyət göstərir. Bakı şəhərində mərkəzi aparatdan başqa, 7 idarəmiz var. Regionlarda isə 14 struktur bölmə fəaliyyət göstərir. Vergi orqanlarında xidmət xidmətin xüsusi növüdür. Xüsusi rütbə maaşlarına da yenidən baxılıb və bugünkü reallığa uyğunlaşdırılıb. Xüsusi rütbə verilməsi zamanı hər hansı pozuntulara yol verilməməsi üçün məhdudiyyətlər müəyyən edilib. Ən aşağı xüsusi rütbə ilkin olaraq vəzifəyə təyin olarkən veriləcək”.

Zaur Mirzə