İŞİD-ə kələk gələn şəxs - - Cinayət işi

isid-e-kelek-gelen-sexs-
Oxunma sayı: 3020


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, E.İslamov İstanbula gedərək İŞİD-ə qoşulmaq üçün terror təşkilatının azərbaycanlı qrupu ilə əlaqə saxlayıb. İŞİD maddi ehtiyaclarının olduğunu bildirən azərbaycanlı gəncə 1500 dollar verib. Daha sonra E.İslamov 11 nəfər olduqlarını bildirib. İŞİD döyüşçülərinin ondan şübhələndiklərini görən həmyerlimiz izi itirmək üçün aradan çıxıb.

Konstitusiyamızın 178-ci maddəsində (dələduzluq) aldatmaq yolu ilə pul almaq  cinayət sayılır. Azərbaycanlı gəncin bu maddə üzrə məsuliyyətə cəlb olunub-oluna bilməməsi sual doğurur. 

Hüquqşünas Müzəffər Baxış CM-də bununla bağlı müdəanın olduğunu bildirdi: “Kimisə aldatmaq yolu ilə pul əldə edirsənsə, CM-in 178-ci maddəsində məsuliyyətə cəlb olunma nəzərdə tutulur. 7 min manatdan yuxarıdırsa, bu, külli miqdarda sayılır. 178.3.2-ci maddəyə görə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər 1000 manatdan 7 minə qədərdirsə , 3-5 min manat cərimə və 3 ildən 7 ilədək cəza nəzərdə tutulur. 1000 manatdan aşağıdırsa, 178.1 maddəsi ilə cəzalandırılır. 30 manat olarsa, 69-cu maddə ilə məsuliyyətə cəlb olunma var. Bu hadisə Türkiyənin ərazisində baş verib. Əgər buna görə həmin ölkəyə müraciət olunsa, Türkiyə qanunlarında bu, cinayət sayılsa, o zaman onu məsuliyyətə cəlb edib cəzalandıracaqlar”.

Hüquqşünas terror qrupuna kələk gəlməyin məsuliyyətdən yaxa qurtarmaq anlamına gəlmədiyini də qeyd etdi: “Terrorçu qrup olub-olmamasının məsələyə dəxli yoxdur. Əsas odur ki, əməli törədənin hərəkəti qəsdən bilə-bilə dələduzluq yolu ilə başqasının əmlakını ələ keçirməyə yönəlib. Kimliyindən asılı olmayaraq, terrorçunun da əmlak hüquqları qorunmalıdır. Bu başqa məsələdir ki, terrorçu əmlakı qanunsuz yolla əldə edib. Belədirsə, o zaman terrorçu məsuliyyətə cəlb olunur. Cinayəti törədən şəxs bilə-bilə qəsdən etdiyinə görə, məsuliyyətə cəlb olunmalıdır”.

M.Baxış bildirdi ki, E. İslamovu Azərbaycan hökuməti mühakimə edə bilməz: “Bu, transmilli cinayət deyil. Bu qəbildən olan cinayətlərin qanunlarımızda sərhədi göstərilir. Harada törədilməsindən asılı olmayaraq, müəyyən olunursa, məsuliyyətə cəlb edilir. Amma bu dələduzluqdur. Ona görə də Azərbaycan o şəxsi cəzalandıra bilməz”.