İslam Kərimov öldü - “Röyters”

islam-kerimov-oldu
Oxunma sayı: 7639

Özbəkistan prezidenti İslam Kərimovun ölüm xəbərini daha bir məşhur agentlik təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, “Röyters” agentliyi 3 ayrı diplomatik mənbəsinə istinadən prezidentin bu gün öldüyünü açıqlayıb.

Qeyd edək ki, beyin qanaması keçirən prezidentin səhhəti ilə bağlı bu gün rəsmi açıqlama yayılmış və Kərimovun vəziyyətinin kritik olduğu bildirilmişdi. 

Özbəkistan hökuməti isə bu xəbəri şərh etməkdən imtina edib. Rəsmi Kreml də İslam Kərimovun ölümü ilə bağlı informasiyaya sahib olmadığını açıqlayıb.