İsmayıllıda məktəblini avtobus vuraraq öldürdü

ismayillida-mekteblini-avtobus-vuraraq-oldurdu
Oxunma sayı: 1641

Bu gün saat 18:20 radələrində İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, hadisə rayonun Qaraqaya kəndi ərazisində baş verib.

Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.