İsrail qüvvələri Livanın paytaxtı Beyrut yaxınlığında yerləşən Hazmiyə və Baabda ərazilərinə hava zərbəsi endirib.
“Qafqazinfo” xəbər verir ki, zərbə ilə Hazmiyə bölgəsində yerləşən “Comfort Hotel” binasının hədəfə alındığı bildirilir.
Ölən və yaralananların dəqiq sayı ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
Məlumatlara əsasən, gecə saatları ərzində Livanın müxtəlif bölgələrinə də zərbələr endirilib.

Son xəbərlər
Son Xəbərlər