İsrail bu ölkədəki səfirini geri çağırdı

israil-bu-olkedeki-sefirini-geri-cagirdi
Oxunma sayı: 2210

İsrail İspaniyanın Baş naziri Pedro Sançesin Qəzza zolağı ilə bağlı açıqlamalarına görə öz səfirini Madriddən geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrailin xarici işlər naziri Eli Koen “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən İsrailin İspaniyadakı səfirinə zəng etdim və ona məsləhətləşmələr üçün Qüdsə qayıtmasını dedim”, - diplomat bildirib.

Koenin sözlərinə görə, Sançes İsrailə qarşı “əsassız” ittihamları təkrarlamaqda davam edir.