İsrail kəşfiyyatı xaricdə HƏMAS liderlərini öldürməyi planlaşdırır

israil-kesfiyyati-xaricde-hemas-liderlerini-oldurmeyi-planlasdirir
Oxunma sayı: 1263

İsrail kəşfiyyat xidmətləri HƏMAS hərəkatının dünya üzrə liderlərini öldürməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Bildirilib ki, bu, Qəzza zolağında hərbi kampaniya başa çatdıqdan sonra baş tuta bilər. Göstərişin də İsrailin Baş naziri Benyamin Netanyahunun verdiyi açıqlanıb. O, HƏMAS liderlərini öldürmək üçün planlar hazırlayır.