İsrail-Livan sərhədində gərginlik

israil-livan-serhedinde-gerginlik
Oxunma sayı: 2123

İsrail ordusunun mətbuat xidməti, ölkənin şimal sərhədində təhlükəsizlik probleminin yaşandığını, bu bölgədə yaşayanların evlərindən çölə çıxmamaları gərəkdiyini bildirib.

"Qafqazinfo" İsrailin "N12" telekanalına istinadən xəbər verir ki,, İsrail silahlı qüvvələri ilə Livan sərhəd xəttindəki silahlı dəstələr arasında atışma baş verib. Həmçinin İsrail ordusunun Livanın Kəfərşuba bölgəsinə zərbələr endirdiyi bildirilib.

İsrail ordusu tərəfindən Suriyaya edilən hava hücumları nəticəsində bir Hizbullah üzvünün öldürülməsindən sonra İsrailin Livan sərhədindəki qoşunları yüksək hazırlıq səviyyəsinə gətirilib.

Livanın Əl-Məyadin telekanalının verdiyi məlumata görə, İsrail hərbi qüvvələri Livan sərhəddindəki mövqelərinə hərbi texnika göndərir.

Qeyd edək ki, daha əvvəl Livan-İsrail sərhəddində Şeba bölgəsində də bir sıra partlayışlar və atışmaların yaşandığı bildirilmişdi.