İsrail naziri sorğuda

israil-naziri-sorguda
Oxunma sayı: 643

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazirin xaricə şəxsi və yüksək xərcli səfərlərinin işgüzar çevrələr tərəfindən ödəndiyi qeyd edilir. Müstəntiqlər Şurasının rəsmilərindən birinin verdiyi xəbərdə bir müfəttişin Netanyahunu ofisində sorğu-suala çəkdiyi bildirilib. İsrail mediası isə bu gün baş nazirin ofisində baş tutan görüşün gizli saxlanıldığını yazıb.

Netanyahu haqqındakı iddialarla bağlı istintaq keçən il başladılsa da baş nazir ilk dəfə olaraq sorğu-sual edilib.

Qeyd edək ki, İsrail baş naziri vəzifədə olduğu dövrdə həyat yoldaşı ilə birlikdə bahalı gəzintilərə və yeməklərə qatıldığı, bütün bunların xərclərinin isə iş adamları tərəfindən ödəndiyi iddia edilir.

Səidə