İsrail ordusu Qəzzaya hava zərbələri endirdi

israil-ordusu-qezzaya-hava-zerbeleri-endirdi
Oxunma sayı: 781

İsrail Silahlı Qüvvələri Qəzzada yerləşən “İslami Cihad” qruplaşmasının hədəflərinə zərbələr endirib.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Mətbuat xidməti məlumat verib.

Bildirilir ki, bazar ertəsi Qəzzadan 14 raket atılıb, bunlardan 12-si zərərsizləşdirilib. Ölən və yaralanan olmayıb. Buna cavab olaraq gecə saatlarında İsrail ordusu Qəzzanın bir neçə bölgəsinə hava hücümları təşkil edib.