“Biz İsrail şirkətləri ilə birgə yeni peyk layihələrini, optik müşahidə peyk layihələrini başlatmışıq”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Sədr qeyd edib ki, çox yüksək ayırdetməli peyklərimiz olacaq: “Bu, bizim təhlükəsizliyimizin və müdafiə gücümüzün artırılmasına xidmət edəcək. “Azersky 2” layihəsi üzrə ilk peyki 2025-ci ildə orbitə buraxmağı düşünürük. Biz peyklərin orbitə buraxılması üçün yenə də xarici şirkətlərən istifadə etməyi düşünürük. Çünki hazırda Azərbaycan üçün öz peylərini hazırlamaq b çətin mövzudur. Yaxın gələcəkdə bu, mümkün görünmür. Amma ilkin mərhələdə peyklərin hazırlanması və içinin yığılması ilə məşğul olacağıq”.
Saməddin Əsəsdov əlavə edib ki, 2027-ci ildə yerli mütəxəssislər tərəfindən peyklərin hazırlanıb orbitə buraxılması nəzərdə tutulub.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər