İsrail Tehranda sinaqoqu vurduğunu etiraf etdi

israil-tehranda-sinaqoqu-vurdugunu-etiraf-etdi
Oxunma sayı: 247

İsrail ordusu İranın paytaxtı Tehranda yerləşən sinaqoqa hava hücumu həyata keçirdiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, İsrail döyüş təyyarələrinin endirdiyi zərbə nəticəsində sinaqoq vurulub.

Ordu hücumun əsas məqsədinin İran Silahlı Qüvvələrinin müharibə fəaliyyətlərini koordinasiya edən “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahına bağlı yüksək rütbəli komandiri hədəf almaq olduğunu bildirib.

Qeyd edilib ki, hücum zamanı sinaqoqun vurulduğu təsdiqlənir və bu hadisəyə görə təəssüf ifadə olunur.

Qeyd edək ki, İran mediası və sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə nəticəsində Tehranda yerləşən Rafi Niya sinaqoqu ciddi ziyan görüb.