İsrailin Baş naziri növbəti seçkilərdə iştirak etməyəcək

israilin-bas-naziri-novbeti-seckilerde-istirak-etmeyecek
Oxunma sayı: 988

İsrailin Baş naziri Naftali Bennet partiya yoldaşlarına növbəti seçkilərdə iştirak etməyəcəyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Naftali Bennet sağçı fraksiya üzvlərinə növbəti seçkilərdə iştirak etməyəcəyi barədə məlumat verib. O, Baş nazir əvəzedicisi olaraq qalacaq”, - məlumatda deyilir.