İsrailin mərkəzi hissəsi raket atəşinə tutuldu

israilin-merkezi-hissesi-raket-atesine-tutuldu
Oxunma sayı: 2701

Mayın 11-də İsrailin mərkəzi hissəsi Qəzza zolağından kütləvi raket atəşinə tutulub. İlk hava həyacanı siqnalından sonra insanlar təlimatlara əməl etməyə başlayıb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

İlk həyacan siqnalı təxminən 15 saniyə davam edib, bundan sonra 10-a yaxın partlayış baş verib. İkinci həyacan siqnalından sonra göydə raketlər görünüb, onlardan bəziləri ələ keçirilib.  

Baş verənlərin fonunda vətəndaşlar intizamlı şəkildə tələbləri yerinə yetirib, bəzi sakinlər asfalta uzanıb.

Sakitlik çökən kimi küçədəki insanlar asfaltdan qalxıb dağılışıb.