İstanbulda 16 nəfərlik dəstə saxlanıldı - 8-i Azərbaycan vətəndaşıdır

istanbulda-16-neferlik-deste-saxlanildi
Oxunma sayı: 2210

İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları müxtəlif cinayət əməllərini törətməkdə şübhəli bilinən dəstəyə qarşı əməliyyat keçirib.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində 8-i Azərbaycan, 4-ü Gürcüstan, 3-ü Ukrayna və 1-i Rusiya vətəndaşı olmaqla ümumilikdə 16 şübhəli saxlanılıb.

Saxlanılan şəxslərdən 11 tapança, tüfəng və 222 mərmi ələ keçirilib.

Faktla bağlı araşdırma aparılır.