İstanbulda 7 mərtəbəli bina çökdü - Xilasetmə əməliyyatı başladı - Video

istanbulda-7-mertebeli-bina-cokdu
Oxunma sayı: 967

İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.

Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.

Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.