İstanbulda terror aktı - Ölən və yaralananlar var + Yenilənib

istanbulda-terror-akti
Oxunma sayı: 16589

İstanbulun Bəyoğlu səmtinin İstiqlal küçəsində partlayış baş verib. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bölgəyə çoxlu sayda təcili yardım və polis qrupları göndərilib. 

İlkin məlumata görə, hadisədə ölən və yaralananların olduğu bildirilir.

***

İstanbulda baş vermiş partlayışı terror aktı kimi təsnif edib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin birinci vitse-prezidenti Fuad Oktay partlayışla bağlı açıqlama verib.

Qeyd edək ki, son məlumatlara görə, hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.