İstanbulda xəstəxanada güclü yanğın - Video+ Yenilənib

istanbulda-xestexanada-guclu-yangin
Oxunma sayı: 7170

 İstanbul şəhərinin Fatih rayonundakı İstanbul Universiteti Çapa Tibb Fakültəsi Xəstəxanasının yeni tikilən binasında güclü yanğın başlayıb.

“Qafqazifo” “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə yerinə yağınsöndürənlər cəlb edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

***

İstanbul Valiliyi yanğınla bağlı açıqlama yayıb. Bildirilir ki, yanğın hadisə yerinə göndərilən xilasetmə qrupları tərəfindən nəzarətə alınıb ​​və soyutma işləri davam etdirilir.

İlkin məlumata görə, yanğın binanın damında tikinti materiallarının yanması nəticəsində meydana gəlib. Hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülərək araşdırmalara başlanılıb.