Türkiyənin İstanbul şəhərinin Bahçelievlər səmtində yerləşən binada naməlum səbəbdən partlayış baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayışda 1 nəfər ölüb, 2-si ağır olmaqla 4 nəfər yaralanıb.
Nəticədə ətrafdakı bəzi binaların şüşələri də sınıb, küçədəki ağac avtomobilin üzərinə aşıb.
Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları göndərilib.
İstanbul valisi Davud Gül hadisə ilə bağlı istintaq başladıldığını bildirib.