İsveç parlamentinin qəbul etdiyi qanun tənqid olundu

isvec-parlamentinin-qebul-etdiyi-qanun-tenqid-olundu
Oxunma sayı: 1885

İsveç parlamenti hökumət koalisiyası daxilindəki ciddi tənqidlərə baxmayaraq, insanların cinsiyyətini dəyişdirməsinə imkan verən qanuna dəyişikliyi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Belə ki, sözügedən prosesi reallaşdırmaq üçün minimum yaş həddi 18-dən 16-ya endirilib.

Qanuna edilən dəyişiklik vətəndaşlar tərəfindən də birmənalı qarşılanmayıb.

Qeyd edək ki, isveçlilər 1972-ci ildən bəri qanuni olaraq cinsini dəyişdirə bilirlər, lakin bunun üçün həkim tərəfindən gender disforiyası diaqnozu tələb olunur.