“İsveç tezliklə NATO-ya qoşulacaq” - Blinken

isvec-tezlikle-nato-ya-qosulacaq
Oxunma sayı: 1854

İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın potensialını gücləndirməyə vasitə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu fikri ABŞ-nin dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında səsləndirib.

Bildirib ki, 2023-cü ildə Şimali Atlantika Alyansı “daha ​​böyük və daha güclü” olub.

“Bu il NATO-ya 31-ci üzv kimi Finlandiya qoşulub və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını qüvvətləndirəcək”, - deyə Blinken əlavə edib.