İsveçrə Rusiyaya qarşı sanksiyalar paketini təsdiqlədi

isvecre-rusiyaya-qarsi-sanksiyalar-paketini-tesdiqledi
Oxunma sayı: 910

İsveçrə Rusiyaya qarşı daha əvvəl Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilmiş Rusiya neftinə embarqonu ehtiva edən altıncı sanksiyalar paketini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“İyunun 10-da Federal Şura Aİ-nin Rusiya və Belarusa qarşı yeni sanksiyaları təsdiqləmək barədə qərar qəbul edib”, - ölkə hökumətinin saytında deyilir.

Bununla yanaşı, İsveçrə maliyyə sanksiyaları tətbiq edərək, daha 100 nəfərin ölkəyə girişinə qadağa qoyub. Bunlar Rusiya və Belarusdan olan həbçilər, siyasətçilər, biznesmenlər, eləcə də, dezinformasiya yayan şəxslərdir.

Bern sanksiyaları, eləcə də Brüssel sanksiyaları Rusiya və Belarusun dörd bankının beynəlxalq SWIFT sistemindən ayrılmasını nəzərdə tutur.