İt öz xilaskarına belə təşəkkür etdi - Günün fotosu

it-oz-xilaskarina-bele-tesekkur-etdi
Oxunma sayı: 4007

Ukraynanın Xerson şəhərində xilas edilən itin fotosu internet istifadəçilərini təsirləndirib.

“Qafqazinfo” xəbər verir ki, fotonu Rusiya-Ukrayna müharibəsi hadisələrini sənədləşdirən tanınmış fotojurnalist Sergey Korovaynı çəkib.

Fotoda itin öz xilaskarını qucaqlayaraq sanki öz təşəkkürünü bildirdiyi əks olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Xersonda heyvanların təhlükəli anlar yaşaması ilə bağlı video paylaşıb.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir. Hazırda ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilir.