İtaliyada ad günü qeyd edən turistlərin qayığı batdı - Video

italiyada-ad-gunu-qeyd-eden-turistlerin-qayigi-batdi
Oxunma sayı: 1636

İtaliyanın şimalında ölkənin ikinci ən böyük gölü Maggioredə göyərtəsində 20-dən çox sərnişinin, eləcə də ekipaj üzvlərinin olduğu turist qayığı batıb.

“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, ad günü qeyd edən turistlərlə dolu qayığın batması nəticəsində 4 nəfər ölüb. Ölənlərdən ikisi israillidir.

Qayığın batmasına qəfil gələn qasırğanın səbəb olduğu bildirilir.

Xilasetmə səyləri nəticəsində 19 nəfəri sudan xilas etmək mümkün olub.