İtaliyada bu gün də prezident seçə bilmədilər

italiyada-bu-gun-de-prezident-sece-bilmediler
Oxunma sayı: 921

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün keçirilən seçkilərdə səsvermənin üçüncü turunda da ilk iki turda olduğu kimi nəticə əldə edilməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” səsvermənin üçüncü turu üçün bu gün yenidən toplaşıb.

Üçüncü turda da heç bir namizəd ilk iki turda olduğu kimi lazımi səs sayına (673 səs) çata bilməyib.

Hazırkı Prezident Sercio Mattarella 125, Quido Krosetto 114, hüquqşünas Paolo Maddalena 62 səslə ən çox səs toplayıblar. Boş bülletenlərin sayı isə 412 olub.

Yanvarın 27-də səslərin yarıdan çoxunu, yəni, 505 səs yığan namizədin prezident seçiləcəyi səsvermənin dördüncü turu keçiriləcək.

Həmçinin oxuyun: İtaliyada yenə prezident seçə bilmədilər - Üçüncü tur olacaq