Şimali İtaliyadakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu düşünülən minlərlə dinozavr izi aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, sentyabr ayında Stelvio Milli Parkında təbiət fotoqrafı tərəfindən aşkar edilən izlər bu gün (dünən - red.) keçirilən mətbuat konfransında ilk dəfə ictimaiyyətlə paylaşılıb.
Qeyd edilib ki, parkdakı dik yamaclarda aşkarlanan izlər yüzlərlə metr uzanır.
Hündürlüyə baxmayaraq, izlər yaxşı qalıb, barmaq və caynaq izləri aydın görünür.
Fotoşəkillərin ilkin təhlillərinə görə, izlər Trias dövrünün sonlarında yaşamış uzunboyunlu və kiçik başlı ot yeyən “prosauropod” dinozavrlarına aid ola bilər.
İtaliyanın Milan şəhərindəki Təbiət Tarixi Muzeyi və Berqamo Universiteti də izlərin aşkar edildiyi ərazini “Avropa qitəsində tapılan Trias dövrünə aid ən vacib qalıq yeri” kimi təsvir ediblər.
Əlavə edilib ki, əraziyə piyada getmək mümkün olmadığı üçün izlərin daha əhatəli araşdırılması üçün pilotsuz uçuş aparatları və məsafədən zondlama texnologiyalarından istifadə olunacaq.
Son xəbərlər
Son Xəbərlər