İtkin düşən ana və övladlarının yeri məlum oldu - Yenilənib

itkin-dusen-ana-ve-ovladlarinin-yeri-melum-oldu
Oxunma sayı: 9596

Oktyabrın 10-da Bakıda ana və 4 övladının itkin düşməsi barədə polisə müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan Ağazaman Salamzadə ailə üzvlərinin oktyabrın 4-də itkin düşdüyünü bildirib.

O, həyat yoldaşı, 32 yaşlı Q.Salamzadənin, 19 yaşlı oğlu Ə.Salamzadənin və 2006, 2008, 2010-cu il təvəllüdlü qızlarının yaşadığı yeri tərk etdiyini və bir daha geri qayıtmadıqlarını bildirib.

Müraciətlə bağlı Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsində araşdırma aparılır.

***

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini olan 32 yaşlı qadının oktyabrın 4-ü günorta saatlarında övladları ilə birgə itkin düşməsi ilə bağlı polis orqanına müraciət daxil olub:

“Bununla bağlı araşdırma aparılıb. Kriminal tərkib yoxdur. Onların harada olduqları məlumdur”.