İtkin düşmüş Cənubi Koreya məmuru Şimali Koreyada güllələndi

İtkin düşmüş Cənubi Koreya məmuru Şimali Koreyada güllələndi
Oxunma sayı: 2245

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) sərhədinin yaxınlığında itkin düşmüş Cənubi Koreya Respublikasının Dəniz və Balıq Təsərrüfatı Nazirliyinin  əməkdaşı KXDR-də güllələnib, məmurun cəsədi sonradan kremasiya edilib.

“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

“Bizim hərbçilərimiz bu qəddar hərəkəti qətiyyətlə pisləyir, izahat verməyə və günahkarları cəzalandırmağa çağırırlar”, - Koreya Respublikasının Milli Müdafiə Nazirliyində bəyan ediblər. Nazirlikdə ehtimal olunub ki, Cənubi Koreya vətəndaşı KXDR ərazisinə qaçmağa çalışarkən öldürülüb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi