Kadırov məzlum xalqlar üçün ordu yaratmaq istəyir

kadirov-mezlum-xalqlar-ucun-ordu-yaratmaq-isteyir
Oxunma sayı: 2170

Çeçenistan rəhbəri Ramzan Kadırov ordu yaratmağı düşündüyünü açıqlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən  xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlaması zamanı məlumat verib.

Kadırov bunu məzlum xalqların maraqlarını qorumaq üçün etdiyini bildirib.

O, həmin ordunun asayişin bərpası üçün canlarını verməyə hazır olan vətənpərvərlərdən ibarət olacağını qeyd edib.

"Bu, çox çətin yoldur, lakin biz buna çalışırıq və irəliləyirik", - deyə Kadırov əlavə edib.