Kafenin qarşısında kişi bıçaqlandı

kafenin-qarsisinda-kisi-bicaqlandi
Oxunma sayı: 1565

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 2-si Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında qeydə alınıb.

1970-ci il təvəllüdlü Cəfərov Ağa Aydın oğlunun 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.

N. Həsənov daxilə keçən bədən xəsarəti alıb.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla A.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.