Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ-yə səfərə yollanıb.
“Qafqazinfo” “CNN türk”ə istinadən xəbər verir ki, Kalın Vaşinqtonda ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Uilyam Börns ilə danışıqlar aparacaq.
MİT sədrinin digər yüksəkvəzifəli məmurlarla da görüşəcəyi bildirilir. Tərəflərin Qəzzada münaqişənin dayandırılması, Rusiya-Ukrayna müharibəsi, eləcə də Cənubi Qafqazla bağlı müzakirələr aparacağı planlaşdırılır.