Kamçatkada matəm elan edildi

kamcatkada-matem-elan-edildi
Oxunma sayı: 2072

An-26 sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Kamçatkada üç günlük matəm elan edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Solodov bildirib.

“Mənim Sərəncamıma uyğun olaraq, Kamçatka diyarının bütün ərazisində üç günlük matəm elan edilib. 7-9 iyulda bölgənin bütün ərazisində Rusiya Federasiyasının dövlət bayraqları və Kamçatka diyarının bayraqları endirilməlidir. Teleradio şirkətlərinə və mədəniyyət müəssisələrinə əyləncəli verilişlərin və tədbirlərin ləğv edilməsi təklif olunub”, - region hökumətinin rəsmi saytı Solodovun sözlərini sitat gətirir.

Daha əvvəl Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə təyyarə qəzası ilə bağlı başsağlığı verib

Qeyd edək ki, Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarənin göyərtəsində 6-sı ekipaj üzvü və 22-si sərnişin olmaqla 28 nəfər olub. Qəza nəticəsində sağ qalan olmayıb.