“Kanal 13”ün aparıcısı həbs edildi

kanal-13un-aparicisi-hebs-edildi
Oxunma sayı: 9798

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs edilib.

“Qaqazinfo” xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilib.