Kann Film Festivalı zamanı bölgədə nümayişlər qadağan olundu

kann-film-festivali-zamani-bolgede-numayisler-qadagan-olundu
Oxunma sayı: 1270

Fransada 76-cı Kann Film Festivalının keçiriləcəyi bölgədə nümayişlərin keçirilməsinə qadağa qoyulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərarda mayın 16-dan mayın 28-dək saat 06:00-dək festival ərazisində nümayiş təşkil etməyin qadağan olunduğu bildirilib.

Qeyd edək ki, dünya şöhrətli festival mayın 16-dan 27-dək Alpes-Maritimes əyalətinin Kann şəhərində keçiriləcək.

Alpes-Maritimes valiliyi tərəfindən dərc edilən qərarda Kann şəhərinin festival zamanı 120 min insanı qəbul edəcəyi bildirilib.