Karantin qaydalarını pozanlar cərimələndi

karantin-qaydalarini-pozanlar-cerimelendi
Oxunma sayı: 1693

Goranboyun Balakürd, Tapqaraqoyunlu kəndlərində və Yeni Veyisli  qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirildiyi aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Məlum olub ki, hər üç ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.