“Karantin zamanı sevirsinizsə, həmişə sevəcəksiniz” - Fotolar

karantin-zamani-sevirsinizse-hemise-seveceksiniz
Oxunma sayı: 2184

35 yaşlı amerikalı ifaçı Keti Perrinin hamiləlik dövrü koronavirus pandemiyası ilə üst-üstə düşüb. Ona görə də müğənni iki səbəbdən çıxışlarını dayandırıb və vaxtının çox hissəsini evdə keçirməyə başlayıb, lakin təklikdə yox. Perrinin 43 yaşlı nişanlısı, ingiltərəli aktyor Orlando Blum onun yanındadır. “Qafqazinfo” bildirir ki, pop ulduz onunla münasibətləri barədə İnstaqramda həmkarı – müğənni Cyn-ə verdiyi müsahibəsində danışıb.

“Karantin zamanı sevirsinizsə, başqa vaxt da sevəcəksiniz”, - o deyib.

Akyor və müğənni ilk fürsətdə toy etməyi planlaşdırır. Perri nişanından elə danışır ki, sanki, həmişə bilirdi ki, Blumun arvadı olacaq.

“Bu, qaçılmaz idi”, - o bildirib.

Cyn-nin “Ailə həyatı onu sakitləşməyə və yaradıcılığı unutmağa məcbur edəcəkmi?” sualına Perri belə cavab verib:

“Sən elə bilirsən ki, öz kişini tapanda sənin problemlərin yox olacaq?! Sən dəlisən. Partnyorunla olan münasibətlər və öz üzərində həmişə işləmək lazımdır. Partnyor – sənin güzgündür”.

Qeyd edək ki, iyulda Yaponiyada evlənməyə hazırlaşan cütlük hələlik bu planı təxirə salmalı olub. Məlumata görə, hətta toya 150 nəfər qonaq dəvət olunubmuş. Üstəlik toyun bəzi detalları da hazırlanıb. Ancaq Keti ilə Orlando son anda koronavirus təhlükəsi səbəbindən toyu təxirə salmaq qərarı alıblar. Xatırladaq ki, Keti hamilə olduğunu Yaponiyada çəkdirdiyi klipində elan etmişdi.